"Neftçi"nin qapısı gənc yerli futbolçulara hər zaman açıqdır"
“Neftçi” PFK-nın vitse-prezidenti Tahir Süleymanov klubun rəsmi saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, Süleymanov bunları söyləyib:
"Hazırda “Neftçi” klubunun düşərgəsində çoxlu sayda gənc yerli futbolçular var. Klubun inkişaf strategiyasının əsasını bu futbolçulara şans verib, onları inkişaf elətdirmək təşkil edir. İstər “Neftçi”nin, istərsə də “Lokomotiv”in yetirməsi olsun, fərq etməz, nəticədə Azərbaycan futbolu qazanacaq. Samir Məsimovla bağlanmış 5 illik müqavilə də bir daha bunu göstərir ki, “Neftçi”nin qapısı gənc yerli futbolçulara hər zaman açıqdır. Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan Məsimovun böyük istedadı və futbolçu potensialı var. İnanırıq ki, yaxın gələcəkdə o bunu həm “Neftçi”nin, həm də Azərbaycan milli komandasının heyətində nümayiş etdirəcək. Yanvar ayının 5-dən komandanın Bakıdakı təlim-məşq toplanışına qatılan Samir Məsimov Antalya hazırlığında da ilk gündən iştirak edir. O, hazırlıq çərçivəsində keçirilmiş üç görüşdən ikisində meydana çıxdı və öz oyunu ilə onun haqqında olan düşüncələrimizi bir daha təsdiqləmiş oldu. Ümid edirik ki, Məsimov yaxın illərdə Azərbaycan futbolunun aparıcı üzvlərindən birinə çevriləcək”.
saytlarin hazirlanmasi