Flaqman bu gün vətənə qayıdır
“Neftçi” PFK Türkiyə təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, təmsilçimiz Polşanın “Şlonsk” klubu ilə qarşılaşıb. 48-ci dəqiqədə Elvin Yunuszadə hesabı açsa da, görüş “ağ-qaralar”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında “Partizani” (Albaniya) və “Tobol” (Qazaxıstan) klublarını məğlub edən (uyğun olaraq 2:0 və 4:2) “Neftçi” “Fənərbaxça” (Türkiyə) və “Metallurq”la (Zaporojye, Ukrayna) heç-heçə oynamışdı – 0:0.
saytlarin hazirlanmasi