Elvin Yunuszadə sıraya döndü
Premyer Liqanın 20-ci turunda "Xəzər Lənkəran"la oyunda qələbəni son anda əldən verən (2:2) "Neftçi" klubu ciddi itkilərlə üzləşib.
Sportal.az xəbər verir ki, "böyük oyun"da "ağ-qaralar"ın heyətində Bruno Bertuççi, Karlos Kardozo, Tərlan Quliyev qırmızı kart, Erik Ramos isə sarı vərəqə limitini doldurduğu üçün 21-ci turda səfərdə keçiriləcək "Bakı" ilə oyunda meydanda olmayacaqlar.
Qeyd edək ki, komandanın digər cəzalısı Elvin Yunuszadə artıq cəzasını tamamlayıb, baş məşqçi şans verəcəyi təqdirdə o, "bakı" ilə meydanda ola bilər.
saytlarin hazirlanmasi