"Neftçi" cəzalarla razılaşmır

21:12 - 11 Fevral 2014

"Ağ-qaralar"  Apellyasiya və Ekspert Komitəsinə müraciət edəcək
 
"Neftçi” AFFA-nın İntizam Komitəsinin “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə bağlı çıxardığı bəzi qərarlarla razılaşmır.
 
Sportal.az xəbər verir ki, bununla əlaqədar olaraq AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət edəcək. Bu haqda ictimaiyyətə geniş məlumat veriləcək.
 
Qeyd edək ki, "Nefçi"  30 min manat cərimələnib və klubun bir neçə futbolçusu ağır cəzalandırılıb.

Xəbər xətti