"Neftçi" "İnter" üçün 1 gün ayırdı

17:18 - 10 Mart 2014

Komanda bu gün istirahət edir
 
Dünən Premyer Liqanın 25-ci turunda "Neftçi" səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
 
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, komanda dünən oyun bitdikdən sonra paytaxta yollanıb və bir günlük istirahətə buraxılıb.
 
Sabahdan etibarən isə "ağ-qaralar" ölkə kubokunun 1/4 final mərhələsində qarşılaşacağı "İnter"lə oyunun hazırlıqlarına start verəcək.
 
Qeyd edə ki, "İnter" - "Neftçi" qarşılaşması çərşənbə günü 15:00-da start götürəcək.

Xəbər xətti