"Neftçi"də "İnter"lə matçöncəsi 4 ciddi itki

00:02 - 11 Mart 2014

Cəzalılar yenə "Neftçi"ni çətin vəziyyətdə qoydu
 
Sabah ölkə kubokunun 1/4 final mərhələsində "Neftçi" səfərdə "İnter"in qonağı olacaq.

Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, "ağ-qaralar" bu matçda 4 ciddi itki ilə çıxacaq. Bunlar ötən ilin kubokun finalında cəzalandırılan Mahir Şükürov, Saşa Stamenkoviç, komandanın gənc üzvləri Cavid İmamverdiyev və Elvin Yunuszadədir.

Xəbər xətti