"Neftçi"də "İnter"lə matçöncəsi üç itki

00:07 - 18 Mart 2014

İmamverdiyevin cəzası bitdi
 
"Neftçi" sabah ölkə kubokunun 1/4 final mərhələsininin cavab oyununda "İnter"i qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, oyundan əvvəl "ağ-qaralar"ın heyətində üç ciddi itki var. Bunlar ötən mövsümün kubokun finalında cəzalandırlan Mahir Şükürov, Saşa Stamenkoviç və "inter"lə ilk oyunda sarı vərəqə görən Karlos Kardozo cəzalı duruma düşüb.
 
Qeyd edək ki, ötən mövsümdən cəzası olan Cavid İmamverdiyev isə cəzasını tamamlayıb, baş məşqçi şans verəcəyi təqdirdə gənc futbolçu meydanda ola bilər.

Xəbər xətti