Böyükağa Hacıyev: "Bu, mənim qanımı içir"

00:08 - 25 Mart 2014

İmamverdiyev baş məşqçini əsəbləşdirdi
 
Premyer Liqanın 27-ci turunda "Neftçi" səfərdə "Rəvan"ı minimal fərqlə məğlub etdi 1:0
 
Bu matçda yaşanan maraqlı bir olay Sportal.az əməkdaşının obyektivindən yayınmayıb. Belə ki, uzun müddətdən sobnra əsas komandaya geri qaytarılan Cavid İmamverdiyev baş məşqçi Böyükağa Hacıyevi hirsləndirib. Bir epizodda topa zərbə endirməkdən çəkinən gənc futbolçuya baş məşqçi öz iradını bildirb: "Cavid, qorxma topa gir", daha sonra isə Böyükağa Hacıyev üzünü media tribunasına tutaraq "Bu, mənim qanımı içir" ifadəsini işlədib.

Xəbər xətti