Böyükağa Hacıyev əvəzedici heyətə göndərdiyi futbolçunu geri qaytardı

00:21 - 27 Mart 2014

Quliyev yenidən əsas komandada
 
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Xəzər Lənkəran”la 29 martda keçiriləcək böyük oyundan öncə yeni qərar qəbul edib.
 
Sportal.az xəbər verir ki, bir müddət öncə əvəzedici heyətə göndərilmiş Tərlan Quliyev əsas heyətə geri çağırılıb. Baş məşqçi Böyükağa Hacıyevlə Quliyev arasında görüş olacaq. Bundan sonra Quliyev yenidən əsas heyətlə birgə məşqlərə başlayacaq.

Xəbər xətti