Böyükağa Hacıyev "Böyük oyun" öncəsi 4 futbolçunu əvəzedici heyətə göndərdi

00:27 - 29 Mart 2014

Millimizin daha bir üzvü əvəzedicilərin heyətində

 

Dünən əvəzediclərin çempionatında 28-ci turun mərkəzi oyununda "Xəzər Lənkəran" "Neftçi"yə minimal fərqlə məğlub olub 1:0.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın əsas heyətinin 4 üzvü həmin matçda forma geyinib. Bunlar Elvin Yunuszadə, Elvin Bədəlov, Məqsəd İsayev və Elşən Abdullayevdir.

 

Bu oyunda bir neçə həftə əvvəl əvəzedici heyətə göndərilən Rəşad Sadiqov da forma geyinib.

 

Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" matçı bu gün saat 17:00-da baş tutacaq.

Xəbər xətti