"Neftçi"də son vəziyyət: Kimlər gedir, kimlər qalır?

01:21 - 26 May 2014

Leginerlərin taleyinə aydınlıq gəlib
 
Premyer-Liqada uğursuz çıxışına rəğmən ölkə Kubokunun finalında qələbə qazanan “Neftçi” dəyişikliklər astanasındadı. Komandada bir sıra oyunçuların getmə ehtimalı böyükdü, bəzilərinin ayrılması isə dəqiqləşib.
 
Sportal.az rekord.az-a istinadən xəbər verir ki, “ağ-qaralar”ı tərk edəcək futbolçuların başında İqor Mitreski gəlir. Makedoniyalı təcrübəli futbolçu “Neftçi”dəki, böyük ehtimalla elə ümumi futbolçu karyerasına son qoyur. Onunla yanaşı, daha bir legioner – Bahodir Nasimov da Bakı klubundan gedəcək. Özbək futbolçunun karyerasını Azərbaycanda davam etdirmək variantları var. Qapıçı Pavel Doroşevsin məsələsinə hələ ki aydınlıq gəlməyib. Latviyalı qolkiperin göndərilmə ehtimalı böyük olsa da, hələ ortada son nöqtə yoxdu.

Hazırda İsveçdə icarədə olan Melvin Platye də komandanın əsas heyətində yer ala bilməyəcək. “Neftçi” tərəfi artıq avqustda Bakıya dönəcək futbolçunu başqa hansı kluba icarəyə göndərmək haqda düşünməyə başlayıb.

Flavinyonun müqaviləsinin iki il müddətinə artırıldığını xəbərə vermişdik. Komandadakı digər braziliyalılar – Denis Silva, Bruno Bertuççi və Karlos Kardozo, həmçinin Ernest Nforu da gələn mövsüm “ağ-qaralı” formada görəcəyik.

Paytaxt klubunda icarə əsasında oynayan Erik Ramosun oyunundan razı qalan rəhbərlik, paraqvaylı futbolçunun müqaviləsini bir il müddətinə uzatmaq istiqamətində işlərə başlayıb.

Yerli futbolçularla bağlı da suallara isə hələ ki, aydınlıq gəlməyib. Bu barədə məlumat aldıqca sizi xəbərdar edəcəyik.

Xəbər xətti