"Neftçi"nin baş məşqçisi: "Bu, tək "Qəbələ"nin yox, bütün Azərbaycan futbolunun ağrılı yeridir"

15:21 - 30 May 2014

Baş məşqçi məğlubiyyətdən danışdı
 
"III Gabala Cup" turnirində iştirak edən "Neftçi"nin U15 komandası turnirin qrup mərhəlsəində keçirdiyi 3 oyundan sonra 0 xal toplayıb.
 
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Ramil Həbibov bunu rəqiblərinin güclü olması ilə əsaslandırıb:

"Biz qol imkanlarından istifadə edə bilmirik. Bu tək bizim yox, elə "Qəbələ"nin də, Azərbaycan futbolunun ağrılı yeridir. Uşaqlara elə məşqlər verməliyik ki, onlar çox texnikalı olsun. Həm də ki, rəqiblər çox güclüdür. Çox texnikalıdırlar. Yerlərində dayanmırlar. Topla çox peşəkar davranırlar. Bizim futbolun axsayan tərəfi budur."

Xəbər xətti