"Neftçi"nin futbolçusu "Ankaraspor"da

16:39 - 4 İyun 2014

İmamverdiyev 1 il Türkiyədə oynayacaq
 
 "Neftçi" klubunun  futbolçusu Cavid İmamverdiyevin Türkiyənin "Ankaraspor" klubuna icarəyə veriləcəyi barədə məlumat verilmişdi.

Sportal.az xəbər verir ki, əsas heyətə düşməkdə çətinlik çəkən Cavid İmamverdiyevin bu istəyi reallaşır.

Belə ki, artıq tərəflər arasında razılıq əldə olunub. 24 yaşlı yarımmüdafiəçi Ankara təmsilçisi ilə 1 illik müqavilə imzalayacaq.

Xəbər xətti