"Neftçi" göndərdiyi futbolçunu məşqçi kimi geri çağırdı

00:45 - 5 İyun 2014

Doroşevs yenidən "ağ-qaralar"da
 
Bir müddət əvvəl "Neftçi"nin qapıçı Pavel Doroşevslə yollarını ayırdığı xəbərini vermişdik.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, Doroşevs yenidən komandaya qayıdıb. Amma bu dəfə qapıçı kimi yox, qapıçı hazırlığı üzrə məşqçi kimi fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviçin gedişindən sonra bu post boş qalmışdı.

Xəbər xətti