"Neftçi" "Qəbələ" qarşısına da Nforsuz çıxacaq

14:10 - 15 Sentyabr 2014

"Onun zədədən tam sağalması üçün hələ bir qədər də vaxta ehtiyac var"

 

“Xəzər Lənkəran” üzərində vacib qələbə qazanan “Neftçi” 6-cı turda Qəbələyə səfər edəcək. Sportal.az xəbər verir ki, Avropa Liqasında “Partizan”la ev oyunundan sonra yaşıl meydanlardan kənar qalan Nfor qarşıdakı oyunda da komandasına kömək edə bilməyəcək.

 

Bu barədə “Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza açıqlama verib:

 

“Nfor ayın 18-də komandaya qoşulmalıdır. Ancaq “Qəbələ” ilə oyuna yetişməyəcək. Onun zədədən tam sağalması üçün hələ bir qədər də vaxta ehtiyac var”.   

Xəbər xətti