"Qəbələ" öz dəsti xətti və oyun üslubu olan komandadır"

18:30 - 17 Sentyabr 2014

Kaue Sesilyo: "Çalışacağıq ki, öz oyunumuzu göstərək və istədiyimiz nəticəni qazanaq"
 
"Qəbələ" ilə oyuna hazırlığımız yüksək səviyyədə keçir. Hamımız növbəti oyuna köklənmişik. Rəqibə hörmətlə yanaşırıq və bilirik ki, çempionatın iddialı komandalarından biridir". 
 
 
Sportal.az xəbər berir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Kaue Sesilyo klubun rəsmi saytına açıqlamasında deyib. 
 
Premyer Liqanın 6-cı turunda qarşılaşacaqları "Qəbələ" ilə oyun haqda danışan futbolçu görüşün çox maraqlı və gərgin keçəcəyini bildirib:
 
"Qəbələ" öz dəsti xətti və oyun üslubu olan komandadır. Xüsusən də doğma meydanda yaxşı təsir bağışlayır. Hazırda 4-cü pillədə qərarlaşması da çox şeydən xəbər verir. Fikrimcə, çox gərgin və maraqlı qarşılaşma olacaq. Çalışacağıq ki, öz oyunumuzu göstərək və istədiyimiz nəticəni qazanaq".

Xəbər xətti