Pavel Doroşev: "Hazırda mən oyunçu deyil, məşqçiyəm"

18:42 - 17 Sentyabr 2014

"Qəbələ"yə qarşı Emil Balayev oynayacaq"
 
"Neftçi"nin oynayan qapıçısı Pavel Doroşev 5-ci tur çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşmaya belə şərh verib. Spottal.az Azerisport.az saytına istinadən xəbər verir ki, qapıçı məşqçi bunları söyləyib:
 
"Bu oyuna görə məni təbrik etmək lazım deyil. Sadəcə, belə alındı. Oyundan sonra kimin necə oynadığını heç kim xatırlamır. Əsas qələbədi. İndi mən komandada oynayan məşqçiyəm. Meydana yalnız belə çətin durum yararanda çıxıram. Bu, o demək deyil ki, bundan sonra daim oynayacam. Klub prezidenti sağ olsun ki, mənə bu vəzifəni tapşırıb. 34 yaşım olduğu üçün məşqçilik karyeram haqda düşünməliyəm. Məşqçiliyə belə böyük klubda başlamağım mənim üçün şərəfdi. Bunun özü də mənim üçün bir qələbədi. Ona görə də indi mən oyunçudan daha çox, məşqçiyəm. Hədəfim Emil Balayevi, Saşa Stamenkoviçi oyunlara hazırlamaqdı. Baxmayaraq ki, özüm də üçüncü qapıçıyam. Növbəti turda "Qəbələ"yə qarşı Emil Balayev oynayacaq".

Xəbər xətti