Debüt matçında het-trik
Çempionlar Liqasının qrup mərhələsində BATE-ni böyük hesabla üstələyən "Portu"nun futbolçusu rekorda imza atdı.
Sportal.az xəbər verir ki, "Qranada"dan "Portu"nun heyətinə cəlb olunan Yasin Brahimi matçda 3 qolun müəllifi olub.
Futbolçu Çempionlar Liqası turnirində, debüt oyununda het-trik edən 7-ci futbolçu kimi tarixə düşüb.
Çl-da debüt matçında het-trik edən futbolçular:
1992- Van Basten
1997- Faustino Asprilya
2002- Yakubu Ayqbeni
2004- Ueyn Runi
2005- Yakinta
2009- Qrafite
2014- Yasin Brahimi