"FİFA-nı heç cür anlaya bilmirəm"
Rüşvət, qalmaqal, intriqa – Britaniya mətbuatının hazırladığı yazılardan belə görünür ki, bunlar ali futbol qurumlarında artıq adi hal alıb.
Artıq FİFA-nın nəzdində prokuror ştatkası açılıb və həmin vəzifəyə Maykl Qarsiya təyin olunub. Bu həmin Maykl Qarsiyadır ki, sabiq ABŞ prezidenti Corc Buşun administrasiyasında işləyib və onun adı Amerikanın “Quantanamo” həbsxanasında məhkumlara qarşı qeyri-insanı rəftar qalmaqalında hallanıb.
Son zamanlar bu şəxs UEFA-da da sevilməyən qonaqlardan hesab olunur. Çünki o, qurumun prezidenti Mişel Platininin adı ətrafında xoşagəlməz söz-söhbətlər yaradır.
Dünya çempionatı başlamazdan əvvəl Mişel Platini FİFA-nın İcraiyyə Komitəsinin üzvlərinin tərkibində Braziliyaya yollanıb. Orada onlara 20 min avroluq İsveçrə istehsalı olan saatlar hədiyyə olunub. Bundan bir qədər əvvəl isə FİFA bəyanat yaymışdı ki, qurumun üzvlərinə yalnız simvolik xarakterli və qiyməti böyük olmayan hədiyyələr almaq olar. 20 min avro isə kiçik qərəm deyil!
İndi isə FİFA-nın müvafiq işlərlə (etika komitəsi) məşğul olan bölməsi Platinidən hədiyyəni geri qaytarmağı tələb edir. Bu pulun Braziliya futbolunun inkişafına xərclənməsini daha məqbul sayırlar.
Mişel Platininin isə bu məsələyə münasibəti belədi:
“Mən tərbiyəli insanam və hədiyyələri geri qaytarmıram. Düzü, FİFA-nı heç cür anlaya bilmirəm. Niyə onlar bu barədə mənə bir neçə ay əvvəl heç nə deməyiblər? Niyə məhz bu barədə London mətbuatı yazandan sonra belə qərara gəldilər? Problem yoxdur, mən onu pul şəklində geri qaytaracağam?”
saytlarin hazirlanmasi