Aqil Məmmədov: "Narazı deyiləm"

19:55 - 20 Sentyabr 2014

" Futbolçular var gücü ilə oynadılar"
 
Premyer Liqasının VI turunda “Sumqayıt” doğma meydançasında AZAL-a 0:1 hesabı ilə məğlub oldu.
 
 
Sportal.az xəbər verir ki, Aqil Məmmədov matç haqqında bunları deyib:
 
 
 
“Oyuna pis başladıq. AZAL görüşün əvvəlində qol vurmaq üçün irəli atıldı. Öz səhvimizdən qol buraxdıq. Amma ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Narazılığım yoxdur. Futbolçular var gücü ilə oynadılar. Sözsüz ki, çatışmazlıqlar oldu. Kiyan Sultanpur çox zəif oynadı, demək olar ki, meydançada yox idi. Ona görə də Kiyanı əvəzlədim. Şəhriyar Xəlilov dünən əvəzedi heyətdə çıxış edib. Bu səbəbdən heyətdə yox idi. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Xəbər xətti