Arif Əsədov: "Oyun "Neftçi"nin üstünlüyü şəraitində keçdi"

20:20 - 21 Sentyabr 2014

"Oyundan razı qaldım"

 

Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” səfərdə “Qəbələ” ilə üz-üzə gəldi. Arif Əsədovun rəhbərlik etdiyi komanda səfərdən 1 xalla dönməyi bacardı.

 
Sportal.az xəbər verir ki, Arif Əsədov  matç haqqında bunları deyib:
 
 
“Biz qələbə üçün gəlmişdik. Oyundan öncə futbolçulara tapşırmışdıq ki, rəqibi öz meydançasına sıxsınlar. İlk hissədə bizim çox üstünlüyümüz vardı. Ümumiyyətlə, görüş “Neftçi”nin üstünlüyü şəraitində keçdi. Oyundan razı qaldım.  Sonluqlar heç də yaxşı alınmadı. Bunun üzərində işləyəcəyik. “Qəbələ” komandasına isə növbəti görüşlərdə uğurlar arzu edirəm”.

Xəbər xətti