Futbolçuların statistikası verilib
“İnStat Football” şirkəti “İnter”in son turda "Bakı" ilə oyunundakı statistikasını təqdim edib.
Sportal.az xəbər verir ki, Premyer Liqanın 6-cı turunun “İnter” - “Bakı” (7:0) oyununda "bankirlər"in futbolçuları 118,64 kilometr məsafə qət ediblər.
Bu matçda “İnter”in heyətində ən çox məsafə qət edən futbolçu isə komandasında cari mövsümdə debüt oyununa çıxan Matiya Şpiçiçdir.
1. Matiya Şpiçiç - 12360 m.
2. Derlis Meza Kolli - 11908 m.
3. Asif Məmmədov - 11753 m.
4. Nizami Hacıyev - 11533 m.
5. Arif Daşdəmirov - 10906 m.