7-ci tura hazırlıq davam edir
Premyer Liqanın 7-ci turu çərçivəsində keçiriləcək "Simurq" - "Sumqayıt" görüşü maraqla gözlənilir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt" bu gün "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.
Bir müddətdir zədəli olan qapıçı Andrey Popoviç artıq tam sağalaraq kollektivə qoşulub. Yalnız ayağında zədəsi olan Şəhriyar Xəlilov fərdi məşqlərlə kifayətlənib. Onun görüşdə meydanda olub-olmayacağı sual altındadır.
Qeyd edək ki, "Simurq" - "Sumqayıt" oyunun sentyabrın 28-də saat 18:00-da Zaqatala şəhər stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi