Lvovda ədaləti Cüneyt Çakır qoruyacaq
Sentyabrın 30-da Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, qitənin nüfuzlu turnirində Ukraynanın yeganə təmsilçisi - Donetsk “Şaxtyor”u Portuqaliyanın “Portu” klubu ilə qarşılaşacaq. Ukraynada hərbi vəziyyət olduğundan bu qarşılaşma Donetskdə deyil, Lvovun eyni adlı stadionunda baş tutacaq. Artıq oyunu idarə edəcək hakimlər briqadasının da adları açıqlanıb. “Şaxtyor” – “Portu” matçini Türkiyədən olan FİFA referisi Cüneyt Çakır idarə edəcək. Bu oyunda ədaləti qorumaqda ona Bahəddin Duran və Tarik Engün köməklik edəcəklər.
saytlarin hazirlanmasi