Abdulkadirin qolu qonaqların 3 xal qazanmasına bəs etdi
Türkiyə birinci Liqasında 4-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, milli komandamızın aparıcı üzvlərindən biri sayılan Mahir Şükürovun forma geyindiyi "Karşıyaka" komandası növbəti matçına çıxıb.
“Karşıyaka” öz meydanında "Şanlıurfaspor"la qarşılaşıb. Əsas heyətdə yer alan Mahir Şükürov 60 dəqiqə meydanda olub. Abdulkadirin penalti zərbəsindən vurduğu qolla urfalılar minimal hesablı qələbə qazanıblar. Aktivində 4 xalı olan "Karşıyaka" hazırda turnir cədvəlində 12-ci pillədə qərar tutub.
saytlarin hazirlanmasi