"Neftçi" Flavinyosuz hazırlaşır

20:54 - 1 Oktyabr 2014

Komanda "Sumqayıt"ilə oyuna hazırlaşır

 

"Neftçi" klubu bu gün istirahəti başa vuraraq hazırlığa start verib.

Sportal.az xəbər verir ki, bazada keçirilən məşqdə Flavinyodan başqa bütün futbolçular iştirak edib.

Zədədən əziyyət çəkən braziliyalı yarımmüdafiəçi həkim nəzarəti altında bərpa prosesini keçir. “Sumqayıt” klubu ilə oyuna hazırlıq sabah baş tutacaq iki məşqlə davam edəcək.

Xatırladaq ki, “Neftçi”nin ümumilikdə 9 futbolçusu yığma komandaların düşərgəsinə yollanacaq.

Xəbər xətti