Komanda sabah yoxlama matçı keçirəcək
"İnter" Gürcüstanda təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər veirr ki, bu gün “bankirlər” toplanış çərçivəsində son məşqinə çıxıb. Komanda məşq prosesinə isinmə hərəkətlərilə başlayıb. Sonra taktiki tapşırıqlar üzərində çalışıb. Məşq ikitərəfli oyun keçirməklə başa çatıb.
Xatırladaq ki, sabah “İnter” toplanışın son günündə Gürcüstanın “Samtredia” komandasıyla yoxlama matçı keçirəcək. Oyun Bakı vaxtıyla saat 16.00-da baş tutacaq. Matçdan sonra komanda vətənə qayıdacaq.