Paytaxt təmsilçisi bəyanat yaydı

19:35 - 21 Oktyabr 2014

"İnter"PİK-in məlumatı

 

"İnter” klub saytı vasitəsilə bəyanat yayıb.

 

Sportal.az həmin bəyanatı diqqətinizə çatdırır:
 

"İnter" rəhbərliyi bildirir ki, klub yeniliklərə açıq olması ilə həmişə fərqlənib və komandanın inzibati strukturunda aparılacaq istənilən dəyişikliklər klubun ümumi inkişaf strategiyasına olunmuş müəyyən dəyişikliklərlə bağlıdı. Buna görə də nəzərinizə çatdırmaq istəyirik ki, cari ilin noyabr ayında "İnter”də komandanın idman direktorunun da vəzifələrini əhatə edəcək idman məsələləri üzrə yeni rəhbər şəxs fəaliyyətə başlayacaq. Komandanın inzibati heyətindən ayrılacaq şəxslərin adları da həmin yeni fəaliyyətə başlayacaq rəhbər şəxsin kadr siyasətinin istiqamətlərindən asılı olacaq. "İnter”in rəhbərliyi xüsusilə vurğulamaq istəyir ki, klubun inkişaf məsələləri daim diqqət mərkəzindədi və inkişafa töhvə verəcək istənilən əməkdaşlarla bundan sonra da işləməyə razı olacaq".

Xəbər xətti