Komanda "Simurq"la oyunun hazırlıqlarını davam etdirir
Azərbaycan milli komandasının AÇ-2016-nın seçmə mərhələsində çıxışıyla əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "İnter" hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, "İnter Arena"da bu gün məşqə çıxan komanda üzvləri isinmə hərəkətlərindən sonra müxtəlif tapşırıqlar üzərində çalışıblar.
Xatırladaq ki, noyabrın 13-də bu komanda Zaqatalanın "Simurq" klubuyla qarşılaşacaq. Yoxlama matçı "İnter Arena"da baş tutacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, zədə üzündən bir müddət meydandan uzaq qalmış Baçana Sxadadze də artıq Bakıdadı və gürcüstanlı hücumçu dünəndən etibarən fərdi məşq edir.