Klubun 5 il üçün iş planı müzakirə olunacaq
Noyabr ayının 20-də “İnter”in Müşahidə Şurasının iclası keçiriləcək.
Sportal.az xəbər verir ki, iclasda klubun idman departamentinin strukturu nəzərdən keçiriləcək və növbəti 5 il üçün iş planı müzakirə olunacaq.
Müşahidə Şurasının iclasında “İnter”in fəxri prezidenti Cahangir Hacıyev və klubun prezidenti Georgi Nikolov iştirak edəcəklər.