Gənc futbolçu paytaxt klubunda

 

Bakının "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün hollandiyalı futbolçu Yusuf Fentiçlə 3 illik müqavilə imzalayıb.

Xəbəri "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov təsdiqləyib.

Ərəb əsilli dayaq yarımmüdafiəçisinin 21 yaşı var. O, son olaraq Hollandiyanın "PEC Zvolle" klubunda çıxış edib.

 

Mənbə:qol.az