"İnter" qalmaqalla bağlı bəyanat yaydı

17:53 - 21 Noyabr 2014

Paytaxt təmsilçisinin bəyanatı

 

"İnter" klubu dünən Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilən "İnter" - "Xəzər Lənkəran" matçından sonra yaşanan qalmaqalla bağlı bəyanat yayıb. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda bütün komandalara hörmətlə yanaşıldığı və baş məşqçi Kaxaber Sxadadzenin oyundan sonra keçirilən mətbuat konfransında hər hansı bir hörmətsizliyə yol vermədiyi açıqlanıb:  

"İnter" rəhbərliyi bir sıra Kütləvi İnformasiya Vasitələrinin Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “İnter” - Xəzər-Lənkəran” matçından sonra baş vermiş hadisəyə münasibətini birmənalı qarşılamır.

Klub rəhbərliyi tənqidə açıq olduğunu vurğulamaqla yanaşı bildirir ki, “İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze barədə futbol ictmaiyyətinə təqdim olunan materiallar obyektiv dəlil və faktlara əsaslanmalıdır. “İnter”in rəhbərliyi müvafiq futbol qurumlarının hüquqi qiymət verməsinədək “İnter”-“Xəzər-Lənkəran” matçından sonra baş vermiş hadisə ilə bağlı məlumatlara yer ayrılmasını tələskənlik kimi qiymətləndirir.

Komandanın baş məşqçisi oyunsonrası mətbuat konfransında "Xəzər-Lənkəran" komandasına böyük hörmətlə yanaşdığını və oyundan sonra rəqibə qarşı hər hansı bir hörmətsizliyə yol vermədiyini açıqlayıb. “İnter” klubu bir daha bəyan edir ki, bütün klublara hörmətlə yanaşır və Sxadadze haqqında faktlara söykənməyən məlumatların informasiya məkanınında yayılmasını düzgün addım saymır.

Xəbər xətti