"İnter" "Bakı" ilə oyunun hazırlığına başladı FOTO

18:00 - 25 Noyabr 2014

Komandanın futbolçuları zədələrini sağaldıb

 

Azərbaycan Premyer Liqasının 14-cü turunda "Bakı" ilə qarşılaşacaq "İnter" klubu bu oyunun hazırlıqlarına start verib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iki günlük istirahətin ardından komanda məşqlərə başlayıb.

Gürcüstanda aldığı zədə üzündən bir müddət meydançadan uzaq düşən Matiya Şpiçiç artıq komandayla birgə məşq edir. "İnter"in hücumçusu Baçana Sxadadze isə fərdi qaydada məşqlərə başlayıb.

Qeyd edək ki, noyabrın 29-da "Bakı" - "İnter" oyunu saat 14:00-da başlayacaq.

Xəbər xətti