Coşqun Diniyev: "Oyunum haqqında özüm fikir bildirə bilmərəm"

17:00 - 29 Noyabr 2014

Futbolçudan açıqlama

 

"İnter"in gənc yarımmüdafiəçisi Coşqun Diniyev "Bakı" - "İnter" (0:1) matçından sonra öz fikirlərini bölüşüb.

 

Sportal.az-a açıqlamasında yarımmüdafiəçi bunları söyləyib:

 

"Oyunum haqqında özüm fikir bildirə bilmərəm. Bu haqda sadəcə baş məşqçi və kənardan izləyənlər deyə bilər. Mənim üzərimə düşən meydanda olduğum müddətdə komandam üçün əlimdən gələni eləməkdi.Çətin qələbə oldu. Çətin keçəcəyini bilirdik və sonda 3 xalı qazandığımız üçün sevincliyik. Bu 3 xal bizə çox lazım idi."

Xəbər xətti