"İnter"in səfərdə yubiley qolu

11:30 - 3 Dekabr 2014

XIV turun əlamətdar hadisəsi

 

Mikel Alvaronun Premyer Liqanın XIV turunun “Bakı” ilə oyununda (1:0) vurduğu qol “İnter” üçün əlamətdar olub. 

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 2004-cü ilədək “Xəzər Universiteti”, son 10 ildə “İnter” adı altında çıxış edən paytaxt təmsilçisi ölkə çempionatlarında 250-ci səfər qolunu vurub. Bakılılar buna 201-ci oyunda nail olub. Rəqib meydanlarında 88 qələbə, 45 heç-heçə və 68 məğlubiyyəti olan “İnter” 250 qol vurubsa, 218-ni buraxıb.

 

Bakılılar 1999/2000 və 2000/01 mövsümlərinin hərəsində 9 dəfə rəqib meydanlarda qol vurubsa, növbəti çempionatlarda bu rəqəm daha yüksək olub: 2001/02 – 12, 2003/04 – 12, 2004/05 – 18, 2005/06 – 15, 2006/07  - 23, 2007/08 – 26, 2008/09 – 27, 2009/10 – 19, 2010/11 – 14, 2011/12 – 14, 2012/13 – 16, 2013/14 – 34, 2014/15 – 2.

 

“İnter” Azərbaycan çempionatlarında səfərdə 250 və daha çox qol vuran 6-cı komandadır. “Neftçi” 461, “Qarabağ”  362, “Kəpəz” 291, “Turan” 280, “Bakı” 272 səfər qoluna sevinib.

 

Qeyd edək ki, “Araz-Naxçıvan”la oyunun nəticəsi ləğv olunduqdan sonra hesabında səfərə qələbəsi olmayan “İnter” mövsümdə ilk dəfə rəqib meydanında 3 xal qazanıb.

Xəbər xətti