"Hər şey yaxşı olacaq"
Azərbaycan Premyer Liqasının XV turunda “İnter” AZAL üzərində qələbə qazandı – 1-0.
Sportal.az xəbər verir ki, "İnter" klubunun məşqçisi Roman Cəfərov qarşılaşmadan sonra öz fikirlərini söyləyib:
“Gərgin oyun alındı. Birinci hissədə qol epizodlarımız oldu. Nizami Hacıyev ilk dəqiqələrdə qol vəziyyətindən istifadə etsəydi, nəticə başqa cür olacaqdı. Əsas odur ki, 3 xal qazandıq. Futbolçulardan razıyıq. Biz çempionat başlayanda daha çox qol vururduq. İndi isə daha çox qol epizodu yaradırıq. Müəyyən çatışmazlıqlar, amma hər şey yaxşı olacaq”.
saytlarin hazirlanmasi