100 heç-heçə
Bakının “İnter” klubu Azərbaycan çempionatlarında 100-cü dəfə heç-heçə edib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Premyer Liqanın “Simurq”la səfər qarşılaşmasında (1:1) 1 xal qazanıb. Bu da ölkə çempionatlarında 407-ci matçına çıxan bakılıların yubiley heç-heçəsi olub. 54 dəfə öz meydanında, 46 dəfə səfərdə 1 xal qazanan “İnter” çempionatda 100 və daha çox heç-heçə edən 5-ci komandadır. “Qarabağ” (153), “Neftçi” (142), “Bakı” (119) və “Turan” (112) daha çox “sülh”lə kifayətlənib.
“Simurq”la qarşılaşma Baçana Sxadadze üçün də əlamətdar olub. Gürcüstanlı hücumçu paytaxt klubunun heyətində 100-cü çempionat qarşılaşmasına çıxıb. Cari mövsümdə 11 matça 2 qol vuran legioner “100”ə 5-ci mövsümündə çatıb: 2010/11 – 2, 2011/12 – 29 (7), 2012/13 - 29 (8), 2013/14 - 29 (10), 2014/15 – 11 (2). “İnter”də 29 qol vuran Sxadadze klub tarixində 100 və daha çox çempionat matçı keçirən 10-cu futbolçu olub: Vladimir Levin - 205, Elmar Baxşıyev - 160, Branislav Çervenka - 129, Arif Daşdəmirov - 124, Asif Məmmədov - 121, Elşən Məmmədov - 112, Georgi Lomaya - 110, Zaur Həşimov - 107, Petar Zlatinov – 105, Baçana Sxadadze - 100.
saytlarin hazirlanmasi