Yarımmüdafiəçidən açıqlama
"İnter"in gənc yarımmüdafiəçisi Coşqun Diniyev Premyer Liqanın XVII turunda "Neftçi"ni 2:1 məğlub etdikləri oyun barədə fikirlərini bildirib.
Sportal.az-a açıqlamasında Coşqun bunları qeyd edib:
"Neftçi ilə matç hər zaman olduğu kimi maraqlı və gərgin oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Lakin, biz məşqçinin verdiyi tapşırığı daha düzgün yerinə yetirdik. Demək olar ki, matçın böyük bir hissəsinə biz nəzarət elədik. Hakim səhvi iddiasına gəlincə isə, dünən hakimin matçın hesabına təsir edəcək səhvi olmadı. Onlar da insandı, səhv edə bilər. Ümumilikdə isə, hakim idarəçiliyindən razı qaldım."
saytlarin hazirlanmasi