"İnter"in qış hazırlıq planı bəlli oldu

13:55 - 20 Dekabr 2014

Antalyaya yola düşəcəklər

 

"İnter" klubunun qış hazırlıq planı məlum olub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sabah Premyer Liqanın 18-ci turunda "Qəbələ" ilə görüşdən sonra "İnter"in futbolçuları istirahətə göndəriləcək. 


2015-ci il yanvarın ayının 2-də komanda üzvləri Türkiyənin Antalya şəhərində bir araya gələcəklər. Məşq prosesi yanvarın 3-də başlayacaq. 

İlk yoxlama görüşünün yanvarın 6-da keçirilməsi gözlənilir. Digər yoxlama oyunları barədə məlumat veriləcək. Komanda yanvarın 24-də vətənə qayıdacaq. 

Xəbər xətti