Təlim-məşq toplanışı
Bakının "İnter" klubu Türkiyədə hazırlıqlara start verib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Antalya mahalında toplaşan komanda üzvləri bu gün səhər məşqinə çıxıblar.
Əsasən isinmə hərəkətləri ilə başlayan məşq prosesi müxtəlif məsafələrə qaçışla yekunlaşıb.
Qeyd edək ki, "İnter" bu gün axşam da məşq edəcək.
saytlarin hazirlanmasi