"İnter" Qazaxıstan klubuna qalib gəldi

01:00 - 15 Yanvar 2015

Kaxaber Sxadadzenin komandası 3-cü yoxlama oyununu keçirdi
 
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “İnter” növbəti matçını keçirib.
 
Sportal.az xəbər verir ki,  paytaxt təmsilçisi Antalyada 3-cü yoxlama görüşünə çıxıb.  Qazaxıstanın "Kayrat" klubu ilə qarşılaşan Kaxaber Sxadadzenin komandası meydandan 3:1 hesablı qələbə ilə ayrılıb. “İnter”in qollarını Nizami Hacıyev, Diyeqo Madriqal və Mikel Alvaro vurublar.
 
Qeyd edək ki, “İnter” Türkiyənin “İnegölspor"a 4:1 hesabı ilə qalib gəlib, Almaniya təmsilçisi “Energi” ilə heç-heçə edib – 1:1. 

Xəbər xətti