Komanda Superliqa təmsilçisinə şans vermədi
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçını keçirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi dördüncü sınağında Türkiyənin "Kasımpaşa" komandası ilə üz-üzə gəlib. "İnter" rəqibini 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "bankirlər" bundan öncə yerli "İnəgölspor" (4:1), Almaniyanın "Enerji" (1:1) və Qazaxıstanın "Kayrat" (3:1) klubları ilə yoxlama oyunu keçirmişdi.
Yoxlama oyunu
17 yanvar
"İnter" - "Kasımpaşa" - 3:1 (2:0)
Qollar: Junior Nildo, 10, Məhəmməd Mirzəbəyov, 28, Mikel Alvaro, 60