Təlim-məşq toplanışı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam etdirən "İnter" bu gün növbəti məşqinə çıxıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda sabah son yoxlama oyununu keçirəcəklər.
Paytaxt təmsilçisi Cənubi Koreyanın "Jeju Yunayted" klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. “İnter” vətənə isə yanvarın 24-də qayıdacaq.
Qeyd edək ki, əvvəlki yoxlama görüşlərində Türkiyənin “İnegölspor” klubuna 4:1, Qazaxıstan təmsilçisi “Kayrat”a isə 3:1 hesabı ilə qalib gələn Kaxaber Sxadadzenin yetirmələri Almaniyanın “Energi” və Ukraynanın “Metallist” klubu ilə 1:1 hesablı heç-heçə ediblər.
saytlarin hazirlanmasi