Kaxaber Sxadadze: "Komanda barədə çox danışdıq və gözə gəldik"

18:50 - 30 Yanvar 2015

Yohanı qınamıram

 

Azərbaycan Premyer Liqasında XIX tura bu gün “İnter Arena”da start verildi. “İnter” və “Sumqayıt” komandalarının üz-üzə gəldiyi ilk oyunda qapılara qol vurulmadı. 

 
Sportal.az xəbər verir ki, "İnter" klubun baş məşqçisi Kaxaber Sxadadze qarşılaşma haqqında bunları söyləyib: 
 
“Yaxşı oyun alındı. Məncə, Türkiyə toplanışından sonra həm özümüz, həm də mətbuat komanda barədə çox danışdıq. Belə demək mümkünsə, gözə gəldik. Penaltini ona görə Yohan vurdu ki, Baçana meydançada yox idi. Penalti vuranların sıralamasında Baçana birincidir. Amma mən penaltini qola çevirə bilməyən Yohanı qınamıram. Belə hallar olur. Komandadan getmə məsələm barədə danışmaq istəmirəm. Çünki mən çempionatın qarşıdakı oyunlarına köklənmişəm”.

Xəbər xətti