Müdafiəçilər komandadan ayrı düşdü
Premyer Liqanın XX turu çərçivəsində bu gün “Xəzər Lənkəran”la qarşılaşacaq “İnter” səfərə ciddi itkilərlə yollanıb.
Sportal.az xəbər verir ki, zədəli Əfran İsmayılovdan başqa iki müdafiəçi bu gün komandaya kömək edə bilməyəcək.
Antalya toplanışı zamanı zədələnən sol cinah müdafiəçisi Aleksandr Amisulaşvili hələ də zədəsini sağaltmayıb, "Sumqayıt"la oyunda sarı vərəqə alanYohan Bokonyano da vərəqə limitini doldurduğuna görə bugünkü görüşü buraxacaq. Qarşılaşma saat 17:00-da start götürəcək.
saytlarin hazirlanmasi