2 illik müqavilə
İnter" klubunun rəhbərliyi yeni futbolçu ilə müqavilə imzalayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Voislav Stankoviç növbəti 2 il ərzində "İnter"in heyətində çıxış edəcək.
Futbolçunun son klubu Serbiyanın "Partizan" olub.
Qeyd edək ki, "İnter" qış fasiləsində daha üç futbolçu - Əfran İsmayılov, Ruben Şaken və Tural Hümbətovla müqavilə imzalamışdı.
Əlavə edək ki, serbiyalı futbolçu üçün sifariş ərizəsi Peşəkar Futbol Liqasına təqdim olunub.
saytlarin hazirlanmasi