"Ona bir az vaxt lazımdı"
Dünən Premyer Liqanın 22-ci turunda "İnter" "Bakı"nı 4:0 hesabı ilə məğlub etdi.
Sportal.az xəbər verir ki, oyundan sonra "İnter"in baş məşqçisi komandaya yeni qoşulan hollandiyalı futbolçu Ruben Şaken və zədədən sonra geri qayıdan Elvin Məmmədovun durumunu dəyərləndirdi:
"Ruben hələ də komandaya adaptasiya ola bilməyib. Keçən oyunda da meydanda oldu, hələlik özünü yaxşı tərəfdən göstərə bilməyib. Dünən daha bir müdafiəçimiz Voislav Stankoviç də komandada ilk oyununa çıxdı və ondan razı qaldım. Amma nəzərə almaq lazımdır ki, Stankoviç oyunda dağıdıcı funksiyanı yerinə yetirir, Ruben isə oyunu qurmaq funksiyasında çıxış edir. Oyun qurucu kimi oynamaq daha çətindi, inanıram, Ruben az müddət sonra özünü yaxşı tərəfdən göstərəcək. Elvin Məmmədova gəlincə. isə ondan razı qaldım. Oyunda əlindən gələni etdi, gündən-günə də daha yaxşı formada olacaq".
saytlarin hazirlanmasi