Futbolçunun zədəsi ciddi deyil
Premyer Liqanın 23-cü turunda AZAL-la qarşılaşmada zədələnən "İnter"in hücumçusu Franko Nildonun zədəsi ciddi deyil.
Sportal.az xəbər verir ki, tibbi müayinədən keçən futbolçunun zədəsinin ciddi olmadığı aşkarlanıb. Hazırda bərpa prosesi keçən futbolçu fərdi məşqlərlə kifayətlənir. Hücumçunun 24-cü turda "Simurq"a qarşı oyunda komandasına kömək edə biləcəyi sual altındadır.
saytlarin hazirlanmasi