15 min manat cərimə olunduğuna görə...
"İnter"in prezidenti Georgi Nikolov AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında komandası ilə bağlı verilən qərara münasibət bildirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, G.Nikolov İK-in çıxardığı qərarın maliyyə hissəsi ilə razılaşmadıqlarını deyib:
"İntizam Komitəsinin "İnter"lə bağlı qərarının maliyyə hissəsini kifayət qədər sərt qarşılayırıq və bununla bağlı AFFA-nın Apellyasiya və Ekspertlər Komitəsinə müraciət etməyi planlaşdırırıq".
Qeyd edək ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında AZAL-la oyunda baş verənlərə görə "İnter" klubu ümumilikdə 15 min manat cərimə olunub.
saytlarin hazirlanmasi