“Fair Play” prinsiplərinin nəzarət altında saxlanılmasını alqışlayırıq”
AFFA-nın baş katibi Elxan Məmmədovun yerli Kütləvi İnformasiya Vasitələrindən birinə müsahibəsində "İnter" və “Simurq” klubu arasında keçirilən oyunlarla bağlı səsləndirdiyi fikirlər ətrafında müxtəlif mülahizələrə yer verilir.
Sportal.az klubun rəsmi saytına istinadən “İnter” PİK-in prezidenti Georgi Nikolovun məsələyə münasibətini təqdim edirik:
“AFFA-nın baş katibi Elxan Məmmədovun “Fair Play” prinsiplərini nəzarət altında saxlanmasını doğru hesab edirik və alqışlayırıq. Amma Azərbaycan Çempionatı çərçivəsində keçirilmiş ədalətli oyun prinsiplərinə sığmayan qarşılaşmalara “İnter”-“Simurq” matçlarını nümunə göstərilməsini doğru hesab etmirik. Zaqatala təmsilçisi ilə keçirilən son oyunların statistikası bu iki komanda arasında baş tutmuş oyunların nəticələrinə əsasən daha çox itirən komandanın məhz “İnter” olduğunu təsdiqləyir. “İnter” klubu həmişə “Fair Play” qaydaları çərçivəsində fəaliyyət göstərmiş və bundan sonra da ədalətli futbol prinsiplərinə uyğun addımlar atacaq”.
saytlarin hazirlanmasi